Erməni vandalizmi nəticəsində daşı-daş
üstündə qalmayan, “ruhlar şəhərinə çevrilən, “Qafqazın Xerasiması” adlandırılan
Ağdam şəhərində cənab Prezident İlham Əliyevin iştrakı ilə 5 oktyabr tarixində,
Azərbaycan Milli Şəhərsalma Forumu” nun təşkil edilməsi böyük siyasi mahiyyət
daşımaqla, mühüm hadisə idi. 28 il doğma sakinlərinə həsrət qalan, ermənilər tərəfindən
xarabazarlığa çevrilən, burada dəfn edilmiş insanların məzarları üzərində vəhşiliklər
törədilmiş Ağdamda beynəlxalq səviyyəli 40-dan artıq ölkədən gəlmiş dövlət
nümayəndələrinin iştrakı ilə tədbirin keçirilməsi həm siyasi, həm də mənəvi
baxımdan əlamətdar hadisə olaraq dəyərləndirilməlidir. Ermənilərin Ağdamda və
işğala məruz qalmış digər rayonlarda törətdiyi vəhşiliklərlə, Azərbaycanın həmin
ərazilərdə qısa müddətdə apardığı qurub-yaratma, inşa etmə fəaliyyətini müqaisə
etmək kifayətdir ki, bu ərazilərin kimə məxsus olduğunu və bu iki millətin (əgər
ermənilərə millət demək mümkündürsə) mənəvi, mədəni, bütövlükdə insani keyfiyyətlərinin
nə qədər fərqli olduğunu müəyyənləşdirmək mümkün olsun.
Cənab Prezident İlham Əliyevin iştrakı
BMT-nin Məskunlaşma Proqramı çərçivəsində və həmin Proqramın direktoru Maimuna
Mohd Şərifin iştrakı ilə Azərbaycanda, məhz işğaldan azad edilmiş Ağdam şəhərində
ilk Forumunun “Azərbaycan Milli Şəhərsalma
Forumu” adı altında keçirilməsi, dünyanın ən nüfuzlu təşkilatı olan BMT ilə əlaqələrinin
yüksək səviyyədə olduğunun göstəricisidir. 40-dan çox ölkədən gəlmiş çoxsaylı
nümayəndə heyətinin qatıldığı bir tədbirin keçirilməsi üçün Ağdam şəhərində
möhtəşəm konfrans zalının qısa müddətdə
tikilib istifadəyə verilməsinin özü də çox şeydən xəbər verir. Buraya gələn xarici qonaqlar erməni
vandalizmini də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
işini də, irimiqyaslı layihələrin sürətli icrasını da öz gözləri ilə görür. Bu
da öz növbəsində erməni vəhşiliyinin mahiyyətini beynəlxalq aləmə çatdırmasında
mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın şəhərsalma mədəniyyətinin
olduqca yüksək səviyyədə olduğunu təsdiq etmək baxımından önəmlidir.
Cənab Prezident İlham Əliyev necə ki, müharibənin
gedişi zamanı həm dövlətə ümumi rəhbərliyi həyata keçirməklə yanaşı, Ali Baş
Komandan olaraq döyüş əməliyyatlarına şəxsən rəhbərliyi, iti zəkası ilə Azərbaycana
qarşı qərəzli dünyanın ən nüfuzlu mətbuat agentliklərinin nümayəndələrini susdurmaqla
Azərbaycanın haqlı davasını dünyaya bəyan etməyi öz üzərinə götürərək Qələbəmizi
təmin etdi, eləcə də 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qarşıya
qoyulan qısa məqsədlərə müddətdə nail olmaq üçün görüləcək tədbirlərin ardıcıllığını müəyyən etdi və icraya yönəlik
mühüm qərarlar qəbul etdi, müvafiq tapşırıqlar verdi və şəxsi nəzarətinə
götürdü. Məhz bunun nəticəsidir ki, müharibənin bitməsindən keçən qısa müddət ərzində
çox böyük işlər görüldü. Əhalinin təhlükəsizliyinin təmin edilməsi,
infrastruktur layihələrinin icrası,
tikinti, abadlıq işlərinin görülməsi və əkinəyararlı torpaqların dövriyyəyə
qoşulması üçün ərazilərin minalardan təmizlənməsi, erməni işğalçıları tərəfindən
dövlətə və əhaliyə vurulmuş zərərin müəyyləşdirilməsi, işğaldan azad edilmiş
rayonların Baş Planının hazırlanması, infrastruktur layihələrinin icrası və
yaşayış məntəqələrinin yenidən inşası planlı şəkildə davam etdirilir. İşğaldan
azad olunmuş ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qısa
müddətdə təsəvvürə gətirilməsi belə çətin
olan mühüm işlər görülmüş və heç bir dövlətin dəstəyi olmadan bu gün də davam
etdirilir. Yüzlərlə kilometr uzunluğunda çətin relyefli şəraitdə ən müasir
standartlara cavab verən avtomobil və dəmir yolları çəkilmiş, ərazilərdə
elektirikləşmə işləri davamlı olaraq aparılır, su və qaz xətlərinin çəkilişi
fasiləsiz olaraq icra edilir. Qısa müddətdə Füzuli və Zəngilan Beynəlxalq Hava
Limanlarının inşası başa çatdırılmış, Laçın Hava Limanının da tikintisi sürətlə
aparılır. Yaradılan bu kommunikasiya imkanları
ərazidə məskunlaşma prosesini sürətləndirməklə yanaşı, xarici dövlətlərdən
Azərbaycana dəvət olunmuş insanların işğaldan azad olunmuş ərazilərə səfərlərini
asanlaşdırır. Belə səfərlərin təşkili işğaldan azad olunmuş ərazilərdə erməni
vandallarının törətdiyi vəhşilikləri beynəlxalq aləmə çıxarılması baxımından
olduqca önəmlidir.
Cənab Prezident İlham Əliyev nəyi, necə və nə
vaxt edəcəyini çox gözəl bilir. Ona görə də işğaldan azad edilmiş ərazilərin
hansı ardıcıllıqla abadlaşdırılmasını, harada, hansı infrastrukturun
yaradılmasını, beynəlxalq səviyyəli tədbirlərin
hansı məkanda keçirilməsini əvvəlcədən düzgün müəyyənləşdirir. Aparılan düzgün
xarici siyasət öz bəhrəsini verməkdədir. Ermənilərin Azərbaycan əlehinə istifadə
etdikləri təbliğat maşını işləmi, beynəlxalq aləm erməni uydurmalarına əvvəlki
kimi inanmır. Məhz bu uğurların əldə olunmasında işğaldan azad olunmuş ərazilərə
diplomatik korpusun, nüfuzlu beynəlxalq təşkilatın əməkdaşlarının və xarici
qonaqların mütəmadi olaraq səfərlərinin səmərəli təşkili mühüm rol oynamışdır.
Vahid Əliyev,YAP Xocalı rayon təşkilatının sədri